Logo
    main-post-cover

    Qatlana bilən Samsung Galaxy Z Fold 5-in render fotoları təqdim edilib

    Cihazlar+
    01.05.2023
        OnLeaks ləqəbli məşhur insayder qatlana bilən Samsung Galaxy Z Fold 5 smartfonunun yeni render fotolarını təqdim edib. Təqdim edilmiş fotolarda smartfon qara rəngli gövdədə əks olunub. Render fotolarından da görmək olar ki, Galaxy Z Fold 5 smartfonu xarici görünüş baxımından keçən ilki Galaxy Z Fold 4-dən heç fərqlənməyəcək. Məlumata əsasən yeni smartfonda sadəcə olaraq daha yeni şarnir konstruksiyası istifadə ediləcək və onun sayəsində ekran üzərində qatlanma izi daha az nəzərə çarpacaq. Texniki özəlliklər baxımından Galaxy Z Fold 5-in 2 ədəd OLED ekran və Snapdragon 8 Gen 2 for Galaxy prosessoru ilə təchiz olunacağı gözlənilir. Əlavə olaraq Galaxy Z Fold 5 stilus dəstəyini də əldə etməlidir.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...