
Qatlana bilən Samsung Galaxy Z Fold 5-in yeni real fotoları ortaya çıxıb
Samsung öz yeni qatlana bilən smartfonları Galaxy Z Fold 5 ilə Z Flip 5-i 26 iyul tarixində baş tutacaq Galaxy Unpacked tədbirində təqdim edəcək. İndi isə Galaxy Z Fold 5-in yeni real fotoları ortaya çıxıb. Fotolardan da görmək olar ki, Galaxy Z Fold 4 ilə müqayisədə Galaxy Z Fold 5 xarici görünüşcə iki fərqli özəllik əldə edəcək. Birinci fərqləndirici özəllik ondan ibarət olacaq ki, yeni smartfonda işıqlandırma sistemi kamera sahəsinin sağ hissəsində yerləşəcək. Galaxy Z Fold 4-də işıqlandırma sistemi kamera sahəsinin alt hissəsində yerləşir.
İkinci bir özəllik isə ondan ibarət olacaq ki, qatlanmış vəziyyətdə Galaxy Z Fold 5-in ekranları arasında boşluq qalmayacaq. Lakin digər tərəfdən görmək olar ki, yeni smartfonun daxili ekranı üzərində qatlanma izi olduğu kimi qalacaq. Son məlumat sızıntılarına əsasən Galaxy Z Fold 5 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 7.6 düym daxili ekran, 6.2 düym xarici ekran, Snapdragon 8 Gen 2 prosessoru, 12 GB RAM, 256/512 GB/1 TB daxili yaddaş həcmi, 50 MP + 12 MP+ 12 MP üçlü arxa kamera və 25 vatt gücündə sürətli şarj texnologiyalı 4400 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...