Logo
    main-post-cover

    Qatlana bilən Samsung Galaxy Z Fold 6 barəsində ilk məlumatlar verilib

    Cihazlar+
    23.06.2023
    Emil
        Samsung şirkətinin qatlana bilən Galaxy Z Fold 5 smartfonunun təqdimatına hazırlaşdığı bir vaxtda internetdə artıq növbəti nəsil Galaxy Z Fold barəsində məlumatlar ortaya çıxmağa başlayıb. Söhbət, Galaxy Z Fold 6-dan gedir. İnsayderlərin təqdim etmiş olduqları məlumatlara əsasən Samsung Galaxy Z Fold 6-nın əsas arxa kamerasında heç bir dəyişiklik etməyəcək.
        Burdan da belə qənaətə gəlmək olar ki, Galaxy Z Fold 6 modeli çox güman ki, Galaxy Z Fold 4 ilə Galaxy Z Fold 5-in əsas arxa kamerasını əldə edəcək. Söhbət, ISOCELL GN3 adlı 50 MP-lik kameradan gedir. Bununla belə şirkət mühəndisləri növbəti nəsil qatlana bilən smartfonda ekran gövdə nisbətində dəyişiklik edəcəklər. Qeyd etmək lazımdır ki, hal hazırda aktual olan Galaxy Z Fold 4-də ekran gövdə nisbəti 23.1:9 təşkil edir. Bu səbəbdən də Galaxy Z Fold 6 bir qədər enli smartfon ola bilər. Galaxy Z Fold 6-nın gələn il təqdim olunacağı gözlənilir.
    Paylaş
    Bənzər xəbərlər