
Qatlana bilən Samsung Galaxy Z Fold 6-nın ilk render fotoları təqdim edilib
Cihazlar+
01.02.2024
Emil
Samsung şirkəti yay fəslində qatlana bilən Galaxy Z Fold 6 smartfonunu təqdim etməlidir. İnsayderlər isə sözügedən smartfonun ilk render fotolarını təqdim ediblər. Render fotolara əsasən Galaxy Z Fold 5-dən fərqli olaraq Galaxy Z Fold 6 daha geniş və nazik olacaq. Burdan da belə qənaətə gəlmək olar ki, smartfonun hər iki ekranının ölçüləri böyüyəcək. Smartfonun ikinci hissəsinin arxasında yalnız 3 ədəd kamera obyektivi ilə LED işıqlandırma əks olunub. Bu isə öz növbəsində Samsung-un son smartfonlarındakı minimalistik dizaynı sərgiləyir. İnsayderlər bildiriblər ki, Samsung sözügedən smartfon üçün yeni şarnir konstruksiyası üzərində çalışır. Hazırlanan yeni şarnir konstruksiyasının ekrana olan yüklənməni bərabər şəkildə paylayacağı gözlənilir.


Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
