Qatlana bilən Samsung Galaxy Z Fold 6 Slim smartfonu dözümlü arxa paneli əldə edə bilər
Cihazlar+
21.08.2024
Emil Nəcəfov
Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Samsung şirkəti qatlana bilən Galaxy Z Fold 6 Slim smartfonu üzərində çalışır. İndi isə bu smartfon barəsində yeni məlumat verilib. Belə ki, Koreyanın The Elec saytının təqdim etmiş olduğu məlumata əsasən Samsung bu yeni qatlana bilən smartfonun arxa plastini üçün titan materialdan istifadə etməyi nəzərdən keçirir. Bu cür qərar nəticəsində Galaxy Z Fold 6 Slim smartfonu daha dözümlü ola və öz çəkisini bir qədər azalda bilər.
Müqayisə üçün qeyd etmək lazımdır ki, daha əvvəlki Galaxy Z Fold smartfonlarının arxa panellərinin qorunmasında ya paslanmaz poladdan ya da karbon lifindən istifadə edilir. Lakin digər tərəfdən Galaxy Z Fold 6 Slim-də titan materialdan hazırlanmış arxa panelin istifadəsi halında smartfonda S Pen stilusunun dəstəyini aradan qaldırmaq lazım gələcək. Belə ki, titan material S Pen stilusunun təyini üçün nəzərdə tutulan texnologiyanın çalışmasına mane ola bilər. Galaxy Z Fold 6 Slim-in bu ilin sonuna kimi təqdim ediləcəyi gözlənilir. Heç istisna deyil ki, bu yeni qatlana bilən smartfon eksklüziv olaraq yalnız Çin və Cənubi Koreya bazarlarında satılsın.
Linki kopyala
samsung
samsung foldable phone
samsung foldable phone 2024
samsung galaxy z fold 6 slim
galaxy z fold 6 slim
Bənzər xəbərlər
Oxşar xəbərlər
Samsung Galaxy S25 Ultra-nın batareya həcmi və sürətli şarj texnologiyasının gücü məlum olub
Samsung Galaxy S25 Ultra-nın batareya həcmi və sürətli şarj texnologiyasının gücü məlum olub
Samsung şirkətinin gələn ilin əvvəlində təqdim edəcəyi Galaxy S25 Ultra smartfonu Çinin 3C adlı sertifikatlaşdırma idarəsinin məlumatlar bazasında ortaya çıxıb.
Samsung Galaxy S25 smartfonlarından bəziləri fərqli adlara sahib ola bilərlər
Samsung Galaxy S25 smartfonlarından bəziləri fərqli adlara sahib ola bilərlər
Samsung şirkəti gələn il Galaxy S25 smartfon seriyasını təqdim edəcək. Bu seriyaya adi Galaxy S25, S25+ və S25 Ultra modelləri daxil olacaqlar.
Samsung Galaxy Tab S10+ və S10 Ultra planşetlərinin vacib özəllikləri məlum olub
Samsung Galaxy Tab S10+ və S10 Ultra planşetlərinin vacib özəllikləri məlum olub
Hələ təqdim olunmamış Samsung Galaxy Tab S10 planşet seriyası barəsində məlumatlar internetdə ortaya çıxmağa davam edirlər.
Samsung Galaxy S24 FE-nin yaxın zamanda təqdimatı bir daha təsdiqlənib
Samsung Galaxy S24 FE-nin yaxın zamanda təqdimatı bir daha təsdiqlənib
Samsung şirkəti Galaxy S24 FE-nin təqdimatına aktiv şəkildə hazırlaşmağa davam edir.
Büdcəli Samsung Galaxy A06 smartfonu təqdim edilib - QİYMƏTİ
Büdcəli Samsung Galaxy A06 smartfonu təqdim edilib - QİYMƏTİ
Samsung şirkəti Galaxy A smartfon seriyasının yeni büdcəli modelini təqdim edib. Söhbət, Galaxy A06-dan gedir.
Həftənin xəbərləri
Havadakı mikroplastik hissəciklərin yeni buludları formalaşdırdıqları məlum olub
İnsanın daha öncə harda olmuş olduğunu onun bədənindəki mikroblar sayəsində təyin edən süni zəka sistemi hazırlanıb