Logo
    main-post-cover

    Qatlana bilən Samsung Galaxy Z Fold 7 dünyanın ən nazik gövdəli smartfonu ola bilər

    Cihazlar+
    08.05.2025
    Emil
         Ice Universe ləqəbli məşhur insayder Samsung-un yeni qatlana bilən smartfonu Galaxy Z Fold 7 barədə maraqlı məlumat paylaşıb. Onun məlumatına görə, Galaxy Z Fold 7 dünyanın ən nazik smartfonu olacaq. Ice Universe iddia edir ki, cihazın qapalı vəziyyətdə qalınlığı 8.9 mm, açıq vəziyyətdə isə cəmi 3.9 mm olacaq ki, bu da mütləq rekord sayılır. Xatırladaq ki, əvvəlki model olan Galaxy Z Fold 6 müvafiq olaraq 12.1 mm 5.6 mm qalınlığa malik idi. Hazırda isə ən nazik cihaz hesab olunan Çin istehsalı OPPO Find N5 modeli açıq vəziyyətdə 4.2 mm, qapalı halda isə 8.9 mm qalınlığa malikdir. Lakin bu cür kompaktlığa görə istifadəçilər daha kiçik batareya ilə razılaşmalı olacaqlar - Ice Universe-in məlumatına əsasən, Galaxy Z Fold 7-nin batareyası 4400 mAh tutumunda olacaq.
    Paylaş