Logo
    main-post-cover

    Qatlana bilən smartfonlar bazarı ələ keçirməyə davam edirlər

    Cihazlar+
    08.12.2023
    Emil
         Display Supply Chain Consultants adlı analitik şirkət bu ilin üçüncü rübü üzrə qatlana bilən smartfonların bütün dünya üzrə satış statistikasını təqdim edib. Məlum olub ki, bu ilin üçüncü rübü qatlana bilən smartfonlar bazarı üçün rekord göstəricilərin əldə edildiyi vaxt aralığı olub. Beləliklə statistikaya əsasən bu ilin ikinci rübü ilə müqayisədə üçüncü rübündə qatlana bilən smartfonların satışları 215%, 2022-ci ilin üçüncü rübü ilə müqayisədə isə 16% yüksəlib. İyul ayından sentyabr ayına kimi satılmış qatlana bilən smartfonların ümumi sayı 7 milyon təşkil edib.
         Qatlana bilən smartfonlar bazarının lideri qismində isə Samsung şirkəti çıxış edir. Bununla belə onun bu bazardakı payı 86%-dən 72%-ə enib. Statistikaya əsasən Samsung-un ən çox satılmış qatlana bilən smartfonları Galaxy Z Flip 5 (bazarın 45%-i) və Galaxy Z Fold 5 (bazarın 24%-i) olublar. Samsung-dan sonra ilk top üçlüyə Huawei Honor şirkətləri daxil olublar. Huawei bazarın 9%-nə, Honor isə 8%-nə sahibdir. Display Supply Chain Consultants şirkətinin proqnozuna əsasən bu ilin dördüncü rübünün nəticələrinə əsasən qatlana bilən smartfonların satışları 35% aşağı düşəcək. Lakin keçən ilin dördüncü rübü ilə müqayisədə satışlar 47% yüksək olacaqlar.
    Paylaş