Logo
    main-post-cover

    Qatlana bilən smartfonlar bazarı yüksək templə böyüməyə davam edəcək

    Cihazlar+
    30.03.2023
    Emil
        IDC (International Data Corporation) şirkətinin analitiklərinin proqnozlarına əsasən qatlana bilən smartfonlar bazarı yüksək templərlə genişlənməyə davam edəcək. Onların sözlərinə əsasən 2027-ci ildəki nəticələrə əsasən bu cür smartfonların satışları ümumilikdə 48.1 milyon təşkil edəcək. Bu halda qatlana bilən smartfonlar bazarın 3.5%-ni əhatə edəcəklər. Qeyd etmək lazımdır ki, keçən il bu göstərici 1.2% təşkil etmişdi.
        Belə ki, keçən il satılmış qatlana bilən smartfonların ümumi sayı 14.2 milyon təşkil edib. Analitiklərin bu cür yüksək proqnozları ona əsaslanır ki, qatlana bilən smartfonlar bazarına yeni şirkətlər daxil olub. Nəticədə istehlakçılara təklif edilən qatlana bilən smartfonların növləri daha da artıb və onların bəzilərinin qiymətləri aşağı düşüb. Hal hazırda bazarda büdcəli qatlana bilən smartfon mövcud deyil. Buna görə də bu cür smartfonların yaxın gələcəkdə satışa çıxması öz növbəsində qatlana bilən smartfonların satışlarını yüksəldəcək.
    Paylaş
    Bənzər xəbərlər