Logo
    main-post-cover

    Qatlana bilən smartfonların satışları aşağı düşməyə başlayıb

    Cihazlar+
    28.11.2024
    Emil
         Counterpoint analitik şirkətinin mütəxəssisləri qatlana bilən smartfonlar bazarındakı vəziyyət ilə bağlı yeni hesabatı təqdim ediblər. Təqdim edilmiş hesabat bu ilin üçüncü rübündəki göstəricilərə əsaslanır. Beləliklə məlum olub ki, bu ilin üçüncü rübündə qatlana bilən smartfonlar bazarında satış həcmi aşağı düşməyə başlayıb. Bu, qatlana bilən smartfonlar bazarında ilk dəfə müşahidə olunan belə bir haldır. Hesabatda qeyd edilib ki, bu bazarında lideri qismində hələ də Samsung çıxış edir.
         Belə ki, o, bazarın 56% payına sahibdir. Qatlana bilən smartfonlar bazarının ikinci ən böyük şirkəti 15%-lik bazar payı ilə Huawei-dir. Daha sonrakı yerlərdə Honor (10%), Motorola (7%) və Xiaomi (6%) şirkətləri qərarlaşıblar. Bu şirkətlər daha çox qatlana bilən qapaqlı smartfonlar satsalar da, ümumilikdə bazarın satış həcmi 1% aşağı düşüb. Alıcılar arasında da bu cür smartfonların məşhurluqları aşağı düşməyə başlayıb. Analitiklər hesab edirlər ki, bunun əsas səbəbi qatlana bilən smartfonların olduqca yüksək satış qiymətinə sahib olmalarıdır.
    Paylaş
    Bənzər xəbərlər