Logo
    main-post-cover

    Qatlana bilən vivo X Flip-in real fotoları təqdim edilib

    Cihazlar+
    05.04.2023
    Emil
        Vivo şirkəti yeni qatlana bilən smartfon seriyası üzərində çalışır. Söhbət, xarici görünüşcə Galaxy Z Flip-ə bənzəyəcək yeni qatlana bilən smartfon seriyasından gedir. Şirkətin yeni qatlana bilən smartfon seriyasının vivo X Flip adını əldə edəcəyi gözlənilir. Digital Chat Station ləqəbli məşhur insayder sözügedən qatlana bilən smartfon seriyasının ilk modelinin real fotolarını təqdim edib.
        Təqdim edilmiş real fotolardan da görmək olar ki, qatlana bilən vivo X Flip smartfonu xarici tərəfdən köməkçi ekrana sahib olacaq. Köməkçi ekran smartfonun yuxarı qapaq hissəsində arxa kamera sahəsinin altında yerləşəcək. Arxa kamera sahəsi isə dairəvi formada olacaq. İnsayder vivo X Flip-in texniki özəllikləri barəsində heç bir məlumat verməyib.
        Lakin bəzi məlumat sızıntılarına əsasən vivo-nun bu yeni qatlana bilən smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.8 düym əsas OLED ekran, Snapdragon 8+ Gen 1 prosessoru, 12 GB RAM, 50 MP + 12 MP ikili arxa kamera və 44 vatt gücündə sürətli şarj texnologiyalı 4400 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Vivo X Flip-in bu ay ərzində təqdim ediləcəyi gözlənilir.
    Paylaş
    Bənzər xəbərlər