Logo
    main-post-cover

    Qatlana bilən vivo X Flip smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    20.04.2023
    Emil
        Çoxlu sayda olmuş məlumat sızıntılarından sonra vivo şirkəti qatlana bilən qapaqlı vivo X Flip smartfonunu təqdim edib. Beləliklə qatlana bilən qapaqlı vivo X Flip smartfonu iki ədəd ekrana sahibdir. Onlardan biri daxildə, digəri isə xaricdə yerləşir. Smartfonun daxilindəki ekran 120 Hz-lik təsvir yenilənməsinə sahib 2520x1080 piksel keyfiyyətli 6.74 düym-lük AMOLED, xaricindəki ekran isə 60 Hz-lik təsvir yenilənməsinə sahib 682x422 piksel keyfiyyətli 3 düym-lük AMOLED-dir. Daxili ekran üzərində həmçinin ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib.
        Dairəvi formada olan arxa kamera sahəsi xarici ekranın üstündə yerləşir. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Smartfon kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipə sahibdir. Əsas texniki göstəricilərə gəldikdə isə vivo X Flip Snapdragon 8+ Gen 1 prosessoru, 12 GB RAM, 256/512 GB daxili yaddaş həcmi, 50 MP + 12 MP ikili arxa kamera, 32 MP–lik ön kamera və 44 vatt gücündə sürətli şarj texnologiyalı 4400 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Vivo X Flip OriginOS 3 interfeysli Android 13 vasitəsilə çalışır. Smartfon gələn həftə Çin bazarında satışa çıxacaq. 256 GB yaddaşa sahib model 875$-a, 512 GB yaddaşa sahib model isə 975$-a satılacaq.
    Paylaş
    Bənzər xəbərlər