
Qatlana bilən vivo X Fold 2 ilə X Flip-in nə zaman təqdim olunacaqları açıqlanıb
Bir neçə ay ərzində olmuş məlumat sızıntılarından sonra vivo şirkəti sonunda öz yeni qatlana bilən smartfonlarının təqdimat tarixini elan edib. Söhbət, vivo X Fold 2 və vivo X Flip adlı qatlana bilən smartfonlardan gedir. Beləliklə şirkətin verdiyi rəsmi məlumata əsasən sözügedən smartfonlar 20 aprel tarixində Çində təqdim olunacaqlar. Gözləntilərə əsasən vivo X Fold 2 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib iki ədəd E6 AMOLED ekran, Snapdragon 8 Gen 2 prosessoru, 50 MP + 12 MP + 12 MP üçlü arxa kamera və 120 vatt gücündə sürətli şarj texnologiyalı 4800 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Vivo X Flip-ə gəldikdə isə onun 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.8 düym əsas OLED ekran, Snapdragon 8+ Gen 1 prosessoru və 44 vatt gücündə sürətli şarj texnologiyalı 4400 mAh enerji tutumlu batareya ilə təchiz olunacağı gözlənilir.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...