
Qatlana bilən vivo X Fold 2-nin texniki göstəriciləri məlum olub
Digital Chat Station ləqəbli məşhur insayder qatlana bilən vivo X Fold 2 smartfonunun texniki özəllikləri barəsində məlumatlar verib. Beləliklə insayderin sözlərinə əsasən vivo X Fold 2 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2160x1916 piksel keyfiyyətli 8.08 düym daxili AMOLED E6 ekran və 120 Hz-lik təsvir yenilənməsinə sahib 2160x1916 piksel keyfiyyətli 6.53 düym xarici AMOLED E6 ekran ilə təchiz olunacaq. Daxili ekranın maksimal parlaqlıq səviyyəsi 1800 nit, xarici ekranın maksimal parlaqlıq səviyyəsi isə 1600 nit təşkil edəcək.
Vivo X Fold 2 Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacaq. Nəticədə bu smartfon bazarda Snapdragon 8 Gen 2 ilə təchiz olunmuş ilk qatlana bilən smartfon olacaq. Bundan əlavə olaraq smartfon LPDDR5x standartlı RAM yaddaşını və UFS 4.0 standartlı daxili yaddaş həcmini əldə edəcək. Smartfon özündə 120 vatt gücündə sürətli şarj texnologiyalı 4800 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Kameralara gəldikdə isə vivo X Fold 2 smartfonu 50 MP + 12 MP + 12 MP üçlü arxa kamera və hər biri 16 MP olmaqla iki ədəd ön kamera ilə təchiz olunacaq. Vivo X Fold 2-nin bu ay təqdim olunacağı gözlənilir.
Paylaş
Bənzər xəbərlər