Logo
    main-post-cover

    Qatlana bilən vivo X Fold 2-nin texniki özəlliklərindən biri təsdiqlənib

    Cihazlar+
    05.04.2023
    Emil
        Qatlana bilən vivo X Fold 2 smartfonunun təqdimatına az müddət qalmış o, sertifikatlaşdırma agentliklərindən birinin məlumatlar bazasında aşkar edilib. Məlumatlar bazası isə öz növbəsində vivo X Fold 2-nin sahib olacağı özəlliklərindən birini təsdiqləyib. Söhbət, smartfonun sürətli şarj texnologiyasının gücündən gedir. Beləliklə təsdiqlənmiş məlumata əsasən vivo-nun yeni qatlana bilən smartfonu 120 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyinə sahib olacaq.
        Müqayisə üçün qeyd etmək lazımdır ki, qatlana bilən vivo X Fold+ smartfonu 80 vatt gücündə, vivo X Fold isə 66 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyinə sahibdir. Yeni vivo X Fold 2 barəsində digər bir məlumat təqdim edilməyib. Lakin daha öncəki məlumat sızıntılarına əsasən sözügedən smartfon Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacaq və 4800 mAh enerji tutumlu batareyaya sahib olacaq.
    Paylaş
    Bənzər xəbərlər