
Qatlana bilən Vivo X Fold 2 smartfonunun fotoları ortaya çıxıb
Vivo şirkətinin Vivo X Fold 2 adlı qatlana bilən smartfonu Asiya forumlarının birində sərgilənib. Təqdim edilmiş fotolardan belə qənaətə gəlmək olar ki, Vivo X Fold 2 xarici görünüşcə ilk modeli xatırladacaq. Şirkətin yeni qatlana bilən smartfonunun da arxa paneli ilk qatlana bilən smartfonun arxa paneli kimi süni dəri ilə örtülüb. Bununla yanaşı yeni smartfonun arxa panelində dairəvi kamera sahəsi mövcuddur və onun daxilində 3 kamera obyektivi yerləşdirilib.
Xarici ekran üzərində ön kamera üçün nəzərdə tutulmuş dairəvi formalı çıxıntını aydın şəkildə görmək olar. Lakin daxili ekran üzərində elə bir çıxıntı görünmür. Son məlumat sızıntılarına əsasən Vivo X Fold 2 smartfonu 8.03 düym daxili ekran, Snapdragon 8 Gen 2 prosessoru, 50 MP + 10 MP + 50 MP üçlü arxa kamera, 32 MP-lik ön kamera və 120 vatt gücündə sürətli şarj texnologiyalı 4800 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Vivo öz yeni qatlana bilən smartfonunu gələn ay təqdim etməlidir.
Paylaş
Bənzər xəbərlər