Logo
    main-post-cover

    Qatlana bilən vivo X Fold 2 təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    20.04.2023
    Emil
        Vivo X Flip ilə yanaşı vivo şirkəti daha bir qatlana bilən smartfonunu təqdim edib. Söhbət, vivo X Fold 2-dən gedir. Bu smartfon Galaxy Z Fold 4OPPO Find N2 kimi digər qatlana bilən smartfonlarla rəqabət aparmaq potensialına sahibdir. Daha öncəki vivo X Fold modelləri kimi X Fold 2 də iki ədəd ekrana sahibdir. Belə ki, smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib 2160x1916 piksel keyfiyyətli 8.03 düym daxili AMOLED E6 və 120 Hz-lik təsvir yenilənməsinə sahib 2520x1080 piksel keyfiyyətli 6.53 düym xarici AMOLED E6 ekran ilə təchiz olunub. Daxili ekranın maksimal parlaqlıq səviyyəsi 1800 nit, xarici ekranın maksimal parlaqlıq səviyyəsi isə 1600 nit təşkil edir. Əlavə olaraq xarici ekran Gorilla Glass Victus qoruyucu şüşəsi ilə əhatə olunub. Barmaq izi skanı texnologiyası hər iki ekrana inteqrasiya edilib.
        Vivo X Fold 2 özündə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi və Dolby Atmos dəstəkli stereo səsgücləndiriciləri birləşdirir. Əsas texniki göstəricilərə gəldikdə isə bu yeni qatlana bilən smartfon Snapdragon 8 Gen 2 prosessoru, 12 GB RAM, 256/512 GB daxili yaddaş həcmi, 5O MP (optik stabilizasiya) + 12 MP (108 dərəcə bucaq əhatəsi) + 12 MP (optik stabilizasiya) üçlü arxa kamera, həm xarici həm də daxili ekran üzərində 16 MP-lik ön kamera və 120 vatt gücündə sürətli şarj texnologiyalı 4800 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon həmçinin 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını da dəstəkləyir. Vivo X Fold 2 OriginOS 3 interfeysli Android 13 vasitəsilə çalışır. Smartfon yaxın günlərdə Çin bazarında satışa çıxacaq. 256 GB yaddaşa sahib model 1310$-a, 512 GB yaddaşa sahib model isə 1455$-a satılacaq.
    Paylaş
    Bənzər xəbərlər