
Qatlana bilən vivo X Fold 3 Pro AnTuTu testlərindən keçib
Cihazlar+
13.03.2024
Emil
Vivo şirkətinin hələ təqdim olunmamış qatlana bilən vivo X Fold 3 Pro smartfonu AnTuTu testlərindən keçib. Bunun sayəsində smartfonun performansı və bəzi texniki özəllikləri məlum olub. Beləliklə AnTuTu testləri sayəsində məlum olub ki, vivo X Fold 3 smartfonu Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışır və özündə 16 GB RAM-ı birləşdirir. Üstəlik smartfonun daxili yaddaş həcmi UFS 4.0 standartlıdır. Bununla yanaşı smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib ekranı əldə edib. Vivo-nun bu yeni qatlana bilən smartfonu AnTuTu-da ümumilikdə 2 176 828 xal toplayıb.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
