
Qatlana bilən vivo X Fold 3 Pro barəsində ilk məlumatlar verilib
Cihazlar+
06.12.2023
Emil
Hələ bu ilin aprel ayında vivo şirkəti vivo X Fold 2 adlı qatlana bilən smartfonunu təqdim etmişdi. İndi isə şirkət onun davamçısı olacaq vivo X Fold 3 üzərində çalışır. Lakin görünür, şirkət vivo X Fold 3 ilə yanaşı həmçinin vivo X Fold 3 Pro-nu da təqdim edəcək. Belə ki, Digital Chat Station ləqəbli məşhur insayder qatlana bilən vivo X Fold 3 Pro barəsində bəzi məlumatları təqdim edib. Beləliklə insayderin sözlərinə əsasən vivo X Fold 3 Pro smartfonu Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı smartfon özündə 24 GB-a kimi RAM-ı və 1 TB-a kimi daxili yaddaş həcmini birləşdirəcək. Bununla yanaşı insayder əlavə edib ki, sözügedən smartfon ultrasəs texnologiyası əsasında çalışan barmaq izi skanı texnologiyasına sahib olacaq. Qatlana bilən vivo X Fold 3 smartfon seriyasının gələn ilin birinci yarısında təqdim ediləcəyi gözlənilir.
Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Vivo X100 flaqman smartfonunun tenxiki göstəriciləri təqdim edilib
Vivo şirkəti 13 noyabr tarixində vivo X100 flaqman smartfon seriyasını təqdim edəcək.

Cihazlar+
Vivo X100 flaqman smartfonu Geekbench testlərindən keçib
Vivo şirkəti artıq 13 noyabr tarixində vivo X100 smartfon seriyasını təqdim edəcək.

Elm & Texnologiya
Vivo Watch 3 smart saatının rəsmi posteri təqdim edilib
Vivo Watch 2 smart saatının təqdim olunmasından iki il sonra şirkət yeni smart saatının təqdimatına hazırlaşır.

Cihazlar+
Vivo X100-ün rəsmi render fotoları təqdim edilib
Vivo şirkəti artıq 13 noyabr tarixində vivo X100 smartfon seriyasını təqdim edəcək.

Cihazlar+
Vivo X100 flaqman smartfon seriyasının təqdimatı anons edilib
Vivo şirkəti vivo X100 flaqman smartfon seriyasının təqdimatını anons edib.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
