
Qatlana bilən vivo X Fold 3 Pro-nun keyfiyyətli render fotosu ortaya çıxıb
Cihazlar+
04.03.2024
Emil
Vivo şirkətinin hazırladığı yeni qatlana bilən vivo X Fold 3 Pro smartfonunun keyfiyyətli render fotosu və texniki göstəriciləri Çinin Weibo adlı sosial şəbəkəsində ortaya çıxıblar. Beləliklə ortaya çıxmış məlumatlara əsasən vivo X Fold 3 Pro smartfonu 2480x2200 piksel keyfiyyətli 8.03 düym daxili ekrana və 2748x1172 piksel keyfiyyətli 6.53 düym xarici ekrana sahib olacaq. Smartfon Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq. Bunun sayəsində vivo X Fold 3 Pro bazarda Snapdragon 8 Gen 3 prosessorunu əldə etmiş ilk qatlana bilən smartfon olacaq. Bununla yanaşı sözügedən smartfonun 16 GB RAM-ı, 1 TB-a kimi daxili yaddaş həcmini və 120 vatt gücündə sürətli şarj texnologiyalı 5800 mAh enerji tutumlu batareyanı əldə edəcəyi gözlənilir. Vivo X Fold 3 Pro smartfonu adi vivo X Fold 3 ilə birlikdə yaxın zamanda təqdim olunmalıdır.

Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Qatlana bilən vivo X Fold 3 Pro-nun sxematik fotosu təqdim edilib
Digital Chat Station ləqəbli məşhur insayder vivo şirkətinin hazırladığı yeni qatlana bilən smartfonunun sxematik fotosunu təqdim edib.

Cihazlar+
Qatlana bilən vivo X Fold 3-ün hansı prosessor ilə kameraları əldə edəcəyi açıqlanıb
Digital Chat Station ləqəbli məşhur insayder hələ təqdim olunmamış qatlana bilən vivo X Fold 3 smartfonu barəsində məlumatlar verməyə davam edir.

Cihazlar+
Qlobal bazarda vivo v30 Pro smartfonu təqdim olunub
Vivo şirkəti qlobal bazarda vivo V30 Pro smartfonunu təqdim edib.

Cihazlar+
Vivo X100 smartfon seriyasının daha bir yeni modeli hazırlanır
Vivo şirkəti keçən ilin sonunda vivo X100 və vivo X100 Pro smartfonlarını təqdim etdi.

Cihazlar+
Məşhur insayder vivo Pad 3 Pro planşetinin bəzi texniki özəlliklərini açıqlayıb
Məlumdur ki, vivo şirkəti vivo Pad 3 planşet seriyasını təqdim etməyə hazırlaşır.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
