
Qatlana bilən vivo X Fold 3 Pro-nun sxematik fotosu təqdim edilib
Cihazlar+
01.03.2024
Emil
Digital Chat Station ləqəbli məşhur insayder vivo şirkətinin hazırladığı yeni qatlana bilən smartfonunun sxematik fotosunu təqdim edib. Söhbət, vivo X Fold 3 Pro-dan gedir. Qeyd etmək lazımdır ki, insayder sözügedən smartfon barəsində bəzi məlumatları dünən təqdim etmişdi. Beləliklə insayder tərəfindən təqdim edilmiş render fotodan da görmək olar ki, vivo X Fold 3 Pro smartfonu xarici görünüşcə vivo X Fold 2-yə bənzəyəcək. Yeni qatlana bilən smartfonun arxa panelində dairəvi kamera sahəsi yerləşəcək və kamera sahəsinin daxilində 3 ədəd obyektiv ilə LED işıqlandırma olacaq. Vivo X Fold 3 Pro-nun adi vivo X Fold 3 ilə birlikdə yaxın zamanda təqdim olunacağı gözlənilir.

Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
