main-post-cover

    Qatlana bilən vivo X Fold 3 Pro smartfonu qlobal bazarda təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    06.06.2024
    Emil Nəcəfov
         Vivo şirkəti daha öncə də söz vermiş olduğu kimi qlobal bazarda qatlana bilən vivo X Fold 3 Pro smartfonunu təqdim edib. Qeyd etmək lazımdır ki, bu smartfon mart ayının sonunda adi vivo X Fold 3 ilə birlikdə Çin bazarında təqdim olunmuşdu. Vivo X Fold 3 Pro-nun qlobal versiyası Çində satılan versiyadan nə texniki göstəricilər nə də xarici görünüşcə fərqlənmir. Çində satılan versiya kimi qlobal versiya da iki ədəd ekrana sahibdir. Söhbət, 120 Hz-lik təsvir yenilənməsinə sahib 2480x2200 piksel keyfiyyətli 8.03 düym ölçülü daxili AMOLED ekrandan və 120 Hz-lik təsvir yenilənməsinə sahib 2748x1172 piksel keyfiyyətli 6.53 düym ölçülü xarici AMOLED ekrandan gedir.
         Smartfon Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışır. Qlobal bazarda vivo X Fold 3 Pro yalnız bir versiyada təqdim edilib və o da 16 GB RAM-a və 512 GB daxili yaddaş həcminə sahibdir. Smartfon həmçinin özündə 50 MP + 50 MP + 64 MP üçlü arxa kameranı və hər bir ekran üzərində 32 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə qlobal versiya da 100 vatt gücündə sürətli şarj texnologiyalı 5700 mAh enerji tutumlu batareyaya sahibdir və üstəlik 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyir. Vivo X Fold 3 Pro-nun qlobal versiyası bu ayın ortasında Hindistanda 1916$ qiymətində satışa çıxacaq. Daha sonra isə smartfon digər ölkələrdə satılacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Vivo X Fold 3 Pro-nun qlobal versiyasının təqdimatı anons edilib
    vivo-x-fold-3-pro-nun-qlobal-versiyasinin-teqdimati-anons-edilib
    Qatlana bilən vivo X Fold 3 Pro qlobal bazarda yaxın həftələrdə təqdim oluna bilər
    qatlana-bilen-vivo-x-fold-3-pro-qlobal-bazarda-yaxin-heftelerde-teqdim-oluna-biler
    Vivo X100 Ultra smartfonu təqdim olunub - QİYMƏTİ
    vivo-x100-ultra-smartfonu-teqdim-olunub-qiymeti
    Vivo X100s və X100s Pro smartfonları təqdim olunub - QİYMƏTİ
    vivo-x100s-ve-x100s-pro-smartfonlari-teqdim-olunub-qiymeti
    Qatlana bilən vivo X Fold 3 Pro smartfonu qlobal bazarda təqdimata hazırlaşır
    qatlana-bilen-vivo-x-fold-3-pro-smartfonu-qlobal-bazarda-teqdimata-hazirlasir