main-post-cover

    Qatlana bilən vivo X Fold 3 Pro smartfonu qlobal bazarda təqdimata hazırlaşır

    Cihazlar+
    07.05.2024
    Farid Pardashunas
         Vivo şirkəti mart ayında qatlana bilən vivo X Fold 3 Pro smartfonunu təqdim etmişdi. Görünür, şirkət sözügedən smartfonun qlobal versiyasını təqdim etməyə hazırlaşır. Belə ki, vivo X Fold 3 Pro Geekbench bençmarkının məlumatlar bazasında V2330 model nömrəsi ilə ortaya çıxıb və üstəlik İndoneziyanın sertifikatlaşdırma agentliyində qeydiyyatdan keçib. Bu isə o deməkdir ki, vivo X Fold 3 Pro-nun qlobal versiyasının təqdimatı artıq çox yaxındır.
         Smartfonun qlobal versiyası Geekbench-in bir nüvəli testi çərçivəsində 2146 xal, çox nüvəli testi çərçivəsində isə 6304 xal toplayıb. Gözləntilərə əsasən vivo X Fold 3 Pro-nun qlobal versiyası texniki göstəricilər baxımından Çində satılan versiyadan heç də fərqlənməyəcək. Qeyd etmək lazımdır ki, sözügedən smartfon 8.03 düym ölçülü daxili AMOLED ekranla və 6.53 düym ölçülü xarici OLED ekranla təchiz olunur. Smartfon Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışır və özündə 50 MP + 50 MP + 64 MP üçlü arxa kameranı, iki ədəd 32 MP-lik ön kameranı və 100 vatt gücündə sürətli şarj texnologiyalı 5700 mAh enerji tutumlu batareyanı birləşdirir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Vivo X100s, X100s Pro və X100 Ultra smartfonlarının təqdimatları anons edilib və onların satış qiymətləri məlum olub
    vivo-x100s-x100s-pro-ve-x100-ultra-smartfonlarinin-teqdimatlari-anons-edilib-ve-onlarin-satis-qiymetleri-melum-olub
    Təqdimata hazırlaşan vivo X100s smartfonunun real fotoları təqdim edilib
    teqdimata-hazirlasan-vivo-x100s-smartfonunun-real-fotolari-teqdim-edilib
    Vivo X100 Ultra flaqman smartfonunun kamera göstəriciləri açıqlanıb
    vivo-x100-ultra-flaqman-smartfonunun-kamera-gostericileri-aciqlanib
    Vivo V30e smartfonu təqdim olunub - QİYMƏTİ
    vivo-v30e-smartfonu-teqdim-olunub-qiymeti
    Təqdimata hazırlaşan vivo X100s və X100 Ultra smartfonları bir posterdə əks olunublar
    teqdimata-hazirlasan-vivo-x100s-ve-x100-ultra-smartfonlari-bir-posterde-eks-olunublar