main-post-cover

    Qatlana bilən vivo X Fold 3 smartfonu təqdimata hazırlaşır

    Cihazlar+
    06.02.2024
    Emil Nəcəfov
         Vivo şirkəti növbəti qatlana bilən smartfon seriyasının təqdimatına hazırlaşır. Söhbət, vivo X Fold 3 seriyasından gedir. Bu seriyaya iki model daxil olacaq. Adi vivo X Fold 3 və vivo X Fold 3 Pro. Görünür, bu yeni qatlana bilən smartfon seriyasının təqdimatı artıq çox yaxındır. Belə ki, vivo X Fold 3 smartfonu V2303A model nömrəsi ilə Çinin sertifikatlaşdırma agentliklərindən birinin məlumatlar bazasında ortaya çıxıb. Bu isə smartfonun yaxın zamanda təqdim olunacağına işarə edir. Son məlumat sızıntılarına əsasən adi vivo X Fold 3 modeli Snapdragon 8 Gen 2 prosessoru, vivo X Fold 3 Pro modeli isə Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Orta büdcəli vivo V30 smartfonu təqdim edilib
    orta-budceli-vivo-v30-smartfonu-teqdim-edilib
    Vivo V30 5G-nin dizaynı sərgilənib
    vivo-v30-5g-nin-dizayni-sergilenib
    Orta büdcəli vivo Y100 5G smartfonu təqdim edilib - QİYMƏTİ
    orta-budceli-vivo-y100-5g-smartfonu-teqdim-edilib-qiymeti
    Büdcəli Vivo G2 smartfonu təqdim edilib - QİYMƏTİ
    budceli-vivo-g2-smartfonu-teqdim-edilib-qiymeti
    Vivo V30 və V30 Pro smartfonları təqdimata hazırlaşırlar
    vivo-v30-ve-v30-pro-smartfonlari-teqdimata-hazirlasirlar