
Qatlana bilən vivo X Fold 3-ün hansı prosessor ilə kameraları əldə edəcəyi açıqlanıb
Cihazlar+
29.02.2024
Emil
Digital Chat Station ləqəbli məşhur insayder hələ təqdim olunmamış qatlana bilən vivo X Fold 3 smartfonu barəsində məlumatlar verməyə davam edir. Bu dəfə insayder bildirib ki, sözügedən smartfon bazarda Snapdragon 8 Gen 3 prosessoruna sahib ilk qatlana bilən smartfon olacaq. Bununla yanaşı vivo X Fold 3 smartfonu özündə üçlü arxa kameranı birləşdirəcək və onlar Zeiss şirkətinin kameraları olacaqlar. Məlumatda qeyd edilib ki, arxa kameralardan ikisi 50 MP-lik, biri isə 64 MP-lik olacaq. Əsas arxa kamera optik stabilizasiya funksiyasını əldə edəcək və saniyədə 60 kadr sürətlə 4K keyfiyyətli videolar çəkə biləcək. Vivo X Fold 3-ün vivo X Fold 3 Pro ilə birlikdə yaz fəslində təqdim olunacağı gözlənilir.
Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Qlobal bazarda vivo v30 Pro smartfonu təqdim olunub
Vivo şirkəti qlobal bazarda vivo V30 Pro smartfonunu təqdim edib.

Cihazlar+
Vivo X100 smartfon seriyasının daha bir yeni modeli hazırlanır
Vivo şirkəti keçən ilin sonunda vivo X100 və vivo X100 Pro smartfonlarını təqdim etdi.

Cihazlar+
Məşhur insayder vivo Pad 3 Pro planşetinin bəzi texniki özəlliklərini açıqlayıb
Məlumdur ki, vivo şirkəti vivo Pad 3 planşet seriyasını təqdim etməyə hazırlaşır.

Cihazlar+
Qatlana bilən vivo X Fold 3 vasitəsilə distant şəkildə Mac kompüterini idarə etmək mümkün olacaq
Çinin Weibo adlı sosial şəbəkəsində vivo şirkətinin hələ təqdim olunmamış qatlana bilən vivo X Fold 3 smartfonunun fotoları ortaya çıxıb.

Cihazlar+
Məşhur insayder vivo X100 Ultra flaqman smartfonunun bəzi özəlliklərini açıqlayıb
Vivo şirkəti vivo X100 Ultra flaqman smartfonunun təqdimatına hazırlaşır.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
