
Qatlana bilən vivo X Fold 3-ün render fotoları ortaya çıxıb
Cihazlar+
11.01.2024
Emil
Artıq məlumdur ki, vivo şirkəti qatlana bilən vivo X Fold 3 smartfon seriyası üzərində çalışır. Sözügedən seriyaya iki model daxil olacaq. Vivo X Fold 3 və X Fold 3 Pro. İndi isə Çinin Weibo adlı sosial şəbəkəsində adi vivo X Fold 3 modelinin render fotoları ortaya çıxıb. Ortaya çıxmış fotolardan da görmək olar ki, vivo X Fold 3 bazara minimum 2 gövdə rəngində satışa çıxacaq. Ağ və qara. Bununla yanaşı smartfonun arxa panelində dairəvi kamera sahəsi yerləşəcək və onun daxilində 3 ədəd kamera obyektivi mövcud olacaq. Qatlana bilən vivo X Fold 3 smartfon seriyasının yaxın aylar ərzində təqdim olunacağı gözlənilir.


Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
