
Qatlana bilən vivo X Fold 3 vasitəsilə distant şəkildə Mac kompüterini idarə etmək mümkün olacaq
Cihazlar+
22.02.2024
Emil
Çinin Weibo adlı sosial şəbəkəsində vivo şirkətinin hələ təqdim olunmamış qatlana bilən vivo X Fold 3 smartfonunun fotoları ortaya çıxıb. Ortaya çıxmış fotolarda diqqət çəkən məsələ ondadır ki, smartfon ekranında Mac interfeysi əks olunub. İnsayderlər bunun hansı funksiya olduğu barəsində məlumat veriblər. Məsələ burasındadır ki, vivo şirkəti öz yeni qatlana bilən smartfonuna Mac kompüterlərinin distant şəkildə idarəsi funksiyasını əlavə edəcək. Fotolara əsasən demək olar ki, sözügedən funksiyanın əsas məğzi Mac kompüteri ekranının görüntüsünün naqilsiz şəbəkə vasitəsilə vivo X Fold 3 ekranına ötürülməsindədir. Bu halda smartfon kompakt ölçülü bulud kompüterə çevriləcək.


Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
