main-post-cover

    Qatlana bilən vivo X Fold 3 və X Fold 3 Pro barəsində yeni məlumatlar verilib

    Cihazlar+
    08.01.2024
    Emil Nəcəfov
         Vivo şirkəti bu ilin birinci yarısında qatlana bilən vivo X Fold 3 smartfon seriyasını təqdim etməlidir. Sözügedən seriyaya adi vivo X Fold 3 ilə yanaşı həmçinin vivo X Fold 3 Pro da daxil olacaq. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder bu smartfonların bəzi texniki göstəricilərini açıqlayıb. Beləliklə insayderin vermiş olduğu məlumatlara əsasən adi vivo X Fold 3 modeli Snapdragon 8 Gen 2 prosessoru, vivo X Fold 3 Pro modeli isə Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı sözügedən smartfonlar üçlü arxa kamera ilə təchiz olunacaqlar. Vivo X Fold 3 Pro-da əsas arxa kamera 50 MP-lik olmalıdır. Hər iki smartfonda barmaq izi skanı texnologiyası ekrana inteqrasiya ediləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Vivo şirkəti vivo Pad 3 adlı yüksək performanslı planşet üzərində çalışır
    vivo-sirketi-vivo-pad-3-adli-yuksek-performansli-planset-uzerinde-calisir
    Qlobal bazarda vivo V30 Lite 5G smartfonu təqdim edilib - QİYMƏTİ
    qlobal-bazarda-vivo-v30-lite-5g-smartfonu-teqdim-edilib-qiymeti
    Qatlana bilən vivo X Fold 3 Pro smartfonunun bəzi texniki imkanları açıqlanıb
    qatlana-bilen-vivo-x-fold-3-pro-smartfonunun-bezi-texniki-imkanlari-aciqlanib
    Qatlana bilən vivo X Fold 3 Pro barəsində ilk məlumatlar verilib
    qatlana-bilen-vivo-x-fold-3-pro-baresinde-ilk-melumatlar-verilib
    Vivo X100 flaqman smartfonunun tenxiki göstəriciləri təqdim edilib
    vivo-x100-flaqman-smartfonunun-tenxiki-gostericileri-teqdim-edilib