main-post-cover

    Qatlana bilən vivo X Fold 3 və X Fold 3 Pro smartfohnları təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    27.03.2024
    Emil Nəcəfov
         Vivo şirkəti qatlana bilən vivo X Fold 3 smartfon seriyasını təqdim edib. Şirkətin yeni qatlana bilən smartfon seriyasına iki model daxil olub. Vivo X Fold 3X Fold 3 Pro. Bu iki smartfon xarici görünüşcə bir-birinə bənzəyir. Lakin onlar bəzi texniki göstəricilər baxımından fərqlənirlər. Beləliklə hər iki smartfon 1 Hz-dən 120 Hz-ə kimi təsvir yenilənməsinə sahib 2480x2200 piksel keyfiyyətli 8.03 düym daxili AMOLED ekran və 1 Hz-dən 120 Hz-ə kimi təsvir yenilənməsinə sahib 2748x1172 piksel keyfiyyətli 6.53 düym xarici AMOLED ekranla təchiz olunub. Hər iki ekranın maksimal parlaqlıq səviyyəsi 4500 nit təşkil edir. Adi vivo X Fold 3 modelində barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə, vivo X Fold 3 Pro modelində isə hər iki ekrana inteqrasiya edilib. Şirkət bildirib ki, sözügedən smartfonlarda karbon lifindən hazırlanmış şarnir konstruksiyası istifadə edilib. Bunun sayəsində smartfonlar 500 000 dəfə qatlanmaya problemsiz tab gətirə bilirlər.
         Bununla yanaşı vivo X Fold 3 Pro modelinin gövdəsi IPX8 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir. Adi vivo X Fold 3 modeli Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışır və özündə 12/16 GB RAM ilə 256/512 GB/1 TB daxili yaddaş həcmini birləşdirir. Vivo X Fold 3 Pro modelinə gəldikdə isə o, Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışır və özündə 16 GB RAM ilə 512 GB/1 TB daxili yaddaş həcmini birləşdirir. Kameralar mövzusunda adi vivo X Fold 3 modeli 50 MP (f/1.75 diafraqma, optik stabilizasiya) + 50 MP (f/2.0 diafraqma, 119 dərəcə bucaq əhatəsi) + 50 MP (f/1.85 diafraqma) üçlü arxa kameranı, vivo X Fold 3 Pro modeli isə 50 MP (f/1.68 diafraqma, optik stabilizasiya) + 50 MP (f/2.0 diafraqma, 119 dərəcə bucaq əhatəsi) + 64 MP (f/2.57 diafraqma, 3 qat optik zoom, 100 qat rəqəmsal zoom, optik stabilizasiya) üçlü arxa kameranı əldə edib.
         Smartfonların hər bir ekranı üzərində isə 32 MP-lik ön kamera yerləşir. Batareya məsələsinə gəldikdə, adi vivo X Fold 3 modeli 80 vatt gücündə sürətli şarj texnologiyalı 5500 mAh enerji tutumlu batareya, vivo X Fold 3 Pro modeli isə 100 vatt gücündə sürətli şarj texnologiyalı 5700 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Üstəlik vivo X Fold 3 Pro modeli 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasının dəstəyinə də sahibdir. Hər iki smartfon qutudan Android 14 vasitəsilə çalışır. Sözügedən smartfonlar yaxın günlərdə Çin bazarında satışa çıxacaqlar. Onların qlobal bazarda satılıb-satılmayacaqları isə bilinmir. Vivo X Fold 3 smartfon seriyasının Çindəki satış qiyməti isə aşağıdakı kimidir.
    - 12 GB RAM-a və 256 GB yaddaşa sahib vivo X Fold 3 - 970$
    - 16 GB RAM-a və 256 GB yaddaşa sahib vivo X Fold 3 - `1039$
    - 16 GB RAM-a və 512 GB yaddaşa sahib vivo X Fold 3 - 1109$
    - 16 GB RAM-a və 1 TB yaddaşa sahib vivo X Fold 3 - 1249$
    - 16 GB RAM-a və 512 GB yaddaşa sahib vivo X Fold 3 Pro - 1385$
    - 16 GB RAM-a və 1 TB yaddaşa sahib vivo X Fold 3 Pro - 1525$.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Vivo Pad 3 planşetinin təqdimatı anons edilib
    vivo-pad-3-plansetinin-teqdimati-anons-edilib
    Qatlana bilən vivo X Fold 3 smartfon seriyasının təqdimatı rəsmi şəkildə anons edilib
    qatlana-bilen-vivo-x-fold-3-smartfon-seriyasinin-teqdimati-resmi-sekilde-anons-edilib
    Vivo Pad 3 planşeti Geejbench testlərindən keçib
    vivo-pad-3-planseti-geejbench-testlerinden-kecib
    Qatlana bilən vivo X Fold 3 smartfon seriyasının təqdimat tarixi açıqlanıb
    qatlana-bilen-vivo-x-fold-3-smartfon-seriyasinin-teqdimat-tarixi-aciqlanib
    Qatlana bilən vivo X Fold 3 Pro-nun kameraları vasitəsilə çəkilmiş foto nümunələr ortaya çıxıblar
    qatlana-bilen-vivo-x-fold-3-pro-nun-kameralari-vasitesile-cekilmis-foto-numuneler-ortaya-cixiblar