Logo
    main-post-cover

    Qatlana bilən vivo X Fold 4 smartfonu barəsində yeni təfərrüatlar təqdim edilib

    Cihazlar+
    22.11.2024
         Vivo şirkəti hal-hazırda qatlana bilən vivo X Fold 4 smartfonu üzərində çalışır. Digital Chat Station ləqəbli məşhur insayder öz növbəsində hazırlanan bu yeni qatlana bilən smartfon barəsində bəzi təfərrüatları təqdim edib. Beləliklə insayderin sözlərinə əsasən daha öncə vivo X Fold modellərindən fərqli olaraq X Fold 4 olduqca yüngül və nazik gövdəli olacaq.
         Onun gövdəsi üstəlik IPX8 standartı üzrə sudan qorunma özəlliyinə sahib olacaq. Məlumatda qeyd edilib ki, smartfon Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışacaq və özündə sürətli naqilsiz şarj texnologiyasının dəstəyinə sahib 6000 mAh enerji tutumlu batareyanı birləşdirəcək. İnsayder əlavə edib ki, vivo X Fold 4 smartfonu 50 MP + 50 MP + 50 MP üçlü arxa kameranı əldə edəcək. Vivo X Fold 4-ün nə zaman təqdim ediləcəyi bilinmir. Bu, gələn ilin birinci rübündə və ya ikinci rübündə baş tuta bilər.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Qatlana bilən vivo X Fold 4 smartfonu barəsində yeni təfərrüatlar təqdim edilib | Technote