Logo
    main-post-cover

    Qatlana bilən Vivo X Fold 4 smartfonunun batareya həcmi məlum olub

    Cihazlar+
    18.10.2024
    Emil
         Vivo şirkəti hal-hazırda vivo X Fold 4 adlı yeni qatlana bilən smartfonu üzərində çalışır. Məlum olub ki, bu yeni qatlana bilən smartfon Çinin TENAA adlı sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında ortaya çıxıb. Bunun sayəsində vivo X Fold 4-ün batareya həcmi məlum olub. Beləliklə sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında vivo X Fold 4-ün batareya həcmi 6365 mAh kimi qeyd edilib.
         Çox güman ki, şirkət bunu rəsmi şəkildə 6500 mAh kimi qələmə verəcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, hal-hazırda aktual olan vivo X Fold 3-ün batareya həcmi 5500 mAh təşkil edir. Nəticədə vivo X Fold 4 bütün qatlana bilən smartfonlar arasında ən böyük həcmli batareyaya sahib smartfon ola bilər. Bununla yanaşı məlumatda qeyd edilib ki, vivo-nun bu yeni qatlana bilən smartfonu 2 SIM kart, 5G və peyk rabitəsi dəstəyinə sahib olacaq. Üstəlik smartfon qutudan Android 15 vasitəsilə çalışacaq
    Paylaş