
Qatlana bilən Vivo X Fold 5 smartfonu təqdim olunub - QİYMƏTİ
Cihazlar+
25.06.2025
Emil
Vivo şirkəti öz yeni qatlana bilən smartfonu Vivo X Fold 5-i təqdim edib. Təqdim edilmiş bu yeni qatlana bilən smartfon olduqca yüngül və nazik konstruksiyaya sahibdir. Smartfonun çəkisi 217 qram, gövdə qalınlığı tam açıq vəziyyətdə 4.3 mm, qapalı vəziyyətdə isə 9.2 mm təşkil edir. Smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib 2480x2200 piksel keyfiyyətli 8.03 düym ölçülü daxili AMOLED 8T LTPO ekranla və 120 Hz-lik təsvir yenilənməsinə sahib 2748x1172 piksel keyfiyyətli 6.53 düym ölçülü xarici AMOLED LTPO ekranla təchiz olunub. Hər iki ekranın maksimal parlaqlıq səviyyəsi 4500 nit təşkil edir. Üstəlik xarici ekran Armor Glass qoruyucu şüşəsi ilə əhatə olunub.

Vivo X Fold 5-in gövdəsi IPX8, IPX9 və IPX9+ standartları üzrə sudan qorunma özəlliyinə sahibdir. Bundan əlavə olaraq bu, IP5X standartı üzrə tozdan qorunma özəlliyinə sahib ilk qatlana bilən smartfondur. Vivo X Fold 5 80 dərəcə Selsi temperatura qədər olan suya tab gətirə və -20 dərəcə Selsi temperatur şəraitində çalışa bilir. Smartfon Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışır və 12/16 GB RAM ilə 256/512 GB/1 TB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Vivo X Fold 5 özündə 50 MP + 50 MP + 50 MP üçlü arxa kameranı və həm daxili həm də xarici ekran üzərində 20 MP-lik ön kameranı birləşdirir.

Batareyaya gəldikdə isə smartfon 80 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareya ilə təchiz olunub və 40 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyir. Vivo X Fold 5 smartfonu Apple Watch ağıllı saatları ilə uyğunlaşa bilən ilk Android smartfon olub. O, zənglərə cavab verməyə, mesajları oxumağa və Vivo Health tətbiqi vasitəsilə məlumatları sinxronlaşdırmağa imkan verir. Vivo X Fold 5 smartfonu 2 iyul tarixində Çində satışa çıxacaq və onun qiyməti 975$-dan start götürəcək.

Paylaş
Ən çox oxunanlar

Azərbaycanda reklam bazarında innovativ inqilab: AdGo rəqəmsal platforması istifadəyə verildi!
