Logo
    main-post-cover

    Qatlana bilən Xiaomi Mix Fold 3 barəsində məlumatlar verilib

    Cihazlar+
    27.04.2023
        Heç sirr deyil ki, Xiaomi hal hazırda yeni qatlana bilən smartfon üzərində çalışır. Söhbət, Xiaomi Mix Fold 3-dən gedir. İnsayderlər sözügedən yeni qatlana bilən smartfon barəsində məlumatlar təqdim ediblər. İnsayderlərin sözlərinə əsasən Mix Fold 3 hal hazırda şirkət daxilində testlərdən keçir və o, Babylon və ya M18 kod adına sahibdir. Məlumatda qeyd edilib ki, Mix Fold 3 xarici görünüşcə Mix Fold 2-yə bənzəyəcək və hal hazırda Samsung tərəfindən hazırlanan Galaxy Z Fold 5-dən daha nazik olacaq. İnsayderlər bildiriblər ki, Mix Fold 3 tam açıq vəziyyətdə 0.5 mm, qapalı vəziyyətdə isə 2.2 mm qalınlığa sahib olacaq.
        Bundan əlavə olaraq insayderlər smartfonun bəzi texniki göstəriciləri barəsində də məlumat veriblər. Onların sözlərinə əsasən Mix Fold 3 smartfonu 6.56 düym xarici ekrana və 8.02 düym daxili ekrana sahib olacaq. Smartfon dördlü arxa kamera ilə təchiz olunacaq və əsas kamera obyektivi Sony IMX989 olacaq. Digər 3 kamera obyektivinə gəldikdə isə onların hər biri 50 MP-lik Sony IMX858 olacaq. Xiaomi Mix Fold 3-ün Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacağı güman edilir. Smartfonun nə zaman təqdim olunacağı bilinmir.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Qatlana bilən Xiaomi Mix Fold 3 barəsində məlumatlar verilib | Technote