
Qatlana bilən Xiaomi Mix Fold 3 barəsində yeni məlumatlar verilib
Cihazlar+
30.05.2023
Emil
Heç sirr deyil ki, Xiaomi-nin hal hazırda hazırladığı smartfonlar arasında yeni qatlana bilən smartfon da var. Söhbət, Mix Fold 3-dən gedir. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder Mix Fold 3-ün barəsində bəzi məlumatları təqdim edib. İnsayder bildirib ki, Mix Fold 3-ün işlək prototipi artıq mövcuddur və şirkət onu hal hazırda test edir. Məlumatda qeyd edilib ki, test edilən prototip Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışır. İnsayder Mix Fold 3-ün hansı əsas kamera ilə təchiz olunacağını söyləməyib. Lakin o qeyd edib ki, smartfon özündə 5 qat zoom özəlliyinə sahib teleobyektivi birləşdirəcək. Bununla yanaşı Mix Fold 3-ün 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyəcəyi gözlənilir. Xiaomi-nin yeni qatlana bilən smartfonunun nə zaman təqdim olunacağı bilinmir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
