Logo
    main-post-cover

    Qatlana bilən Xiaomi Mix Fold 3 təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    14.08.2023
    Emil
        Xiaomi şirkəti Çində keçirtmiş olduğu təqdimat tədbiri çərçivəsində yeni qatlana bilən smartfonu Mix Fold 3-ü təqdim edib. Mix Fold 3 özünün yeni şarnir konstruksiyası, təkmilləşdirilmiş kameraları, dözümlü gövdəsi, flaqman texniki göstəriciləri və rekord göstəricidə nazikliyi ilə fərqlənir. Xiaomi bildirib ki, yeni şarnir konstruksiyası sayəsində smartfonun daxili ekranı üzərindəki qatlanma izi daha az nəzərə çarpır. Bununla yanaşı yeni şarnir konstruksiyası sayəsində Mix Fold 3 smartfonu 500 000 dövr qatlanmaya tab gətirə bilir. Düşüş zamanı smartfon elə şəkildə amortizasiya edir ki, onun daxili ekranı zədələnməsin. Qatlanmış vəziyyətdə Mix Fold 3-ün qalınlığı 10.96 mm, tam açıq vəziyyətdə qalınlığı isə 5.26 mm təşkil edir.
        Beləliklə Mix Fold 3 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2K keyfiyyətli 8.03 düym daxili AMOLED ekran və 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.56 düym xarici AMOLED ekran ilə təchiz olunub. Hər iki ekranın maksimal parlaqlıq səviyyəsi 2600 nit təşkil edir. Xarici ekran Gorilla Glass Victus 2 qoruyucu şüşəsi, daxili ekran isə qoruyucu örtük ilə əhatə olunub. Smartfon özündə kontaktsız ödənişlər üçün NFC çipi və Dolby Atmos dəstəkli stereo səsgücləndiriciləri birləşdirir.
        Əsas texniki göstəricilərə gəldikdə isə Mix Fold 3 Snapdragon 8 Gen 2 prosessorunun sürətləndirilmiş versiyası, 12/16 GB RAM, 256/512 GB/1 TB daxili yaddaş həcmi, 50 MP (f/1.77 diafraqma, avtofokus, optik stabilizasiya) + 12 MP (f/2.2 diafraqma, 120 dərəcə bucaq əhatəsi) + 10 MP (f/2.0 diafraqma, avtofokus, 3.2 qat optik zoom, optik stabilizasiya) + 10 MP (f/2.92 diafraqma, 5 qat optik zoom, optik stabilizasiya) dördlü arxa kamera, daxili ekran üzərində 20 MP-lik ön kamera, xarici ekran üzərində 20 MP-lik ön kamera və 67 vatt gücündə sürətli şarj texnologiyalı 4800 mAh enerji tutumlu batareya ilə təchiz olunub.
        Smartfon həmçinin 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını da dəstəkləyir. Mix Fold 3-ün satışlarına yaxın günlərdə Çində start veriləcək. Onun qlobal bazarda satılıb-satılmayacağı barəsində heç bir məlumat verilməyib. Lakin onun eksklüziv olaraq yalnız Çin bazarında satılacağı ehtimalı çox yüksəkdir. Satış qiymətlərinə gəldikdə isə Mix Fold 3-ün Çində satış qiymətləri aşağıdakı kimi olacaq.
    - 12 GB RAM + 256 GB yaddaş - 1240$
    - 16 GB RAM + 512 GB yaddaş - 1378$
    - 16 GB RAM + 1 TB yaddaş - 1515$.
    Paylaş
    Bənzər xəbərlər