Logo
    main-post-cover

    Qatlana bilən Xiaomi Mix Fold 3 təqdimata hazırlaşır

    Cihazlar+
    27.07.2023
        Artıq məlumdur ki, Xiaomi şirkəti öz yeni qatlana bilən smartfonunun təqdimatına hazırlaşır. Söhbət, Xiaomi Mix Fold 3-dən gedir. Görünür, bu smartfonun təqdimatı artıq çox yaxındır. Belə ki, Xiaomi Mix Fold 3 smartfonu MIIT adlı sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında ortaya çıxıb. Bu isə o deməkdir ki, şirkət öz yeni qatlana bilən smartfonunu yaxın zamanda təqdim edəcək. Onun gələn ay təqdim olunacağı gözlənilir. Son məlumat sızıntılarına əsasən Xiaomi Mix Fold 3 daxili və xarici ekran ilə təchiz olunacaq. Smartfon Snapdragon 8 Gen 2 prosessorunun sürətləndirilmiş versiyası vasitəsilə çalışacaq və özündə 16 GB RAM-ı, 1 TB-a kimi daxili yaddaş həcmini və 67 vatt gücündə sürətli şarj texnologiyalı 4800 mAh enerji tutumlu batareyanı birləşdirəcək.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...