Logo
    main-post-cover

    Qatlana bilən Xiaomi Mix Fold 3-ün fotosu ortaya çıxıb

    Cihazlar+
    07.08.2023
    Emil
        Xiaomi bu ay ərzində yeni qatlana bilən smartfonu Mix Fold 3-ü təqdim edəcək. İndi isə internetə smartfonun özünün və qutusunun fotosu sızdırılıb. Smartfonun qutusunun ortaya çıxmış fotosundan da görmək olar ki, Xiaomi Mix Fold 3 smartfonu keçən ilki Mix Fold 2 kimi Leica şirkətinin kameralarını əldə edəcək. Bəzi məlumatlara əsasən yeni qatlana bilən smartfon dördlü arxa kamera ilə təchiz olunacaq. Onlardan birincisi genişbucaqlı, ikincisi ultragenişbucaqlı, üçüncüsü və dördüncüsü isə teleobyektivlər olmalıdırlar.
        Teleobyektivlərdən biri isə 5 qat optik zoom özəlliyini əldə etməlidir. Smartfonun ortaya çıxmış öz fotosunda isə onun qatlanmış vəziyyətdə ön hissəsi əks olunub. Fotodan da görmək olar ki, smartfonun xarici ekranının yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşəcək. Qeyd etmək lazımdır ki, Xiaomi Mix Fold 2 eksklüziv olaraq Çin bazarında satılırdı. Çox güman ki, Xiaomi Mix Fold 3 də yalnız Çin bazarında satışa çıxacaq.
    Paylaş
    Bənzər xəbərlər