
Qatlana bilən Xiaomi Mix Fold 3-ün hansı prosessoru əldə edəcəyi məlum olub
Artıq məlumdur ki, gələn ay Xiaomi şirkəti öz yeni qatlana bilən smartfonu Mix Fold 3-ü təqdim edəcək. İndi isə insayderlər onun hansı prosessor vasitəsilə çalışacağı barəsində məlumat veriblər. İnsayderlərin sözlərinə əsasən Mix Fold 3 Snapdragon 8 Gen 2-nin 3.36 GHz-ə kimi sürətləndirilmiş versiyasını əldə edəcək. Qeyd etmək lazımdır ki, Samsung Galaxy S23 smartfonları ilə nubia Red Magic 8S Pro+ smartfonu Snapdragon 8 Gen 2-nin məhz bu versiyası vasitəsilə çalışırlar. Bununla yanaşı məlumatda qeyd edilib ki, Xiaomi-nin yeni qatlana bilən smartfonu 16 GB RAM, 1 TB daxili yaddaş həcmi və 67 vatt gücündə sürətli şarj texnologiyalı 4800 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Smartfon üstəlik 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasının dəstəyinə də sahib olmalıdır.
Paylaş
Bənzər xəbərlər