Logo
    main-post-cover

    Qatlana bilən Xiaomi Mix Fold 3-ün ilk rəsmi tizer posteri təqdim edilib

    Cihazlar+
    27.07.2023
    Emil
        Xiaomi şirkəti özünün növbəti qatlana bilən smartfonu olacaq Mix Fold 3-ə istifadəçilərin maraqlarını cəlb etməyə davam edir. Belə ki, şirkət Çinin Weibo adlı sosial şəbəkəsində Mix Fold 3-ün tizer posterini təqdim edib. Şirkət bildirib ki, Mix Fold 3 gələn ay təqdim ediləcək. Dəqiq təqdimat tarixini isə şirkət daha sonra açıqlayacaq. Bununla yanaşı posterdəki Leica şirkətinin loqosu smartfonun Leica kamerasına sahib olacağına işarə edir. Son məlumat sızıntılarına əsasən Xiaomi Mix Fold 3 daxili və xarici ekran ilə təchiz olunacaq. Smartfon Snapdragon 8 Gen 2 prosessorunun sürətləndirilmiş versiyası vasitəsilə çalışacaq və özündə 16 GB RAM-ı, 1 TB-a kimi daxili yaddaş həcmini və 67 vatt gücündə sürətli şarj texnologiyalı 4800 mAh enerji tutumlu batareyanı birləşdirəcək.
    Paylaş
    Bənzər xəbərlər