
Qatlana bilən Xiaomi Mix Fold 3-ün nə zaman təqdim olunacağı rəsmi şəkildə məlum olub
Xiaomi şirkəti keçən ilin avqust ayında Mix Fold 2 adlı qatlana bilən smartfonunu təqdim etmişdi. İndi isə şirkət onun davamçısının təqdimatı üzərində çalışır. Şirkətin yeni qatlana bilən smartfonu Mix Fold 3 adını əldə edəcək. Xiaomi-nin CEO-su olan Lu Weibing öz növbəsində Mix Fold 3-ün nə zaman təqdim olunacağını açıqlayıb. Onun sözlərinə əsasən Mix Fold 3 gələn ay təqdim olunacaq.
Lakin dəqiq təqdimat tarixi barəsində məlumat daha sonra veriləcək. Lu Weibing Mix Fold 3-ün texniki özəllikləri barəsində hər hansısa məlumatı təqdim etməyib. Lakin daha əvvəlki məlumat sızıntılarına əsasən Xiaomi-nin yeni qatlana bilən smartfonu Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacaq və ekranın alt hissəsinə yerləşdirilmiş ön kamera ilə təchiz olunacaq. Bununla yanaşı Mix Fold 3 smartfonu 50 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyinə sahib olmalıdır.
Paylaş
Bənzər xəbərlər