
Qatlana bilən Xiaomi Mix Fold 3-ün real fotosu ortaya çıxıb
Xiaomi şirkəti bu ay ərzində yeni qatlana bilən smartfonu Mix Fold 3-ü təqdim etməlidir. İndi isə internetdə sözügedən qatlana bilən smartfonun real fotosu ortaya çıxıb. Ortaya çıxmış real fotoda yeni qatlana bilən smartfonun arxa paneli əks olunub. Fotoya əsasən Mix Fold 3 smartfonu dördlü arxa kamera ilə təchiz olunacaq. Kameralar yerləşən sahədə aydın şəkildə Leica yazısını görmək olar. Bu isə o deməkdir ki, Xiaomi Mix Fold 3 smartfonu Leica kameraları ilə təchiz olunacaq. Nəzərə çarpan digər bir maraqlı özəllik isə ondan ibarətdir ki, Xiaomi-nin yeni qatlana bilən smartfonunun arxa paneli süni dəri ilə örtülmüş olacaq.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...