
Qatlana bilən Xiaomi Mix Fold 3-ün rəsmi fotoları təqdim edilib
Xiaomi şirkətinin CEO-su Lei Jun 14 avqust tarixində baş tutacaq təqdimatı gözləmədən qatlana bilən Mix Fold 3 smartfonunun rəsmi fotolarını təqdim edib. Təqdim edilmiş fotolardan da görmək olar ki, Mix Fold 3-ün arxa panelində düzbucaqlı formasında kamera sahəsi yerləşəcək. Kamera sahəsinin daxilində isə dörd ədəd kamera mövcud olacaq. Kamera sahəsinin sağ hissəsində Leica yazısı smartfonun kameralarının Leica şirkətinin iştirakı ilə hazırlandığına işarə edir. Qeyd etmək lazımdır ki, Mix Fold 3-ün Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacağı və özündə 67 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcəyi gözlənilir.
Paylaş
Bənzər xəbərlər