Logo
    main-post-cover

    Qatlana bilən Xiaomi Mix Fold 3-ün təqdimatı rəsmi şəkildə anons edilib

    Cihazlar+
    09.08.2023
        Bir neçə ay ərzində olmuş məlumat sızıntılarından sonra Xiaomi şirkəti sonunda öz yeni qatlana bilən smartfonunun təqdimatını anons edib. Söhbət, Xiaomi Mix Fold 3-dən gedir. Şirkət tərəfindən təqdim edilmiş posterə əsasən Xiaomi Mix Fold 3 smartfonu 14 avqust tarixində təqdim ediləcək. Təqdimat Çində baş tutacaq. Son məlumat sızıntılarına əsasən Xiaomi Mix Fold 3 smartfonu Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacaq və özündə Leica kameraları ilə 67 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcək.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Qatlana bilən Xiaomi Mix Fold 3-ün təqdimatı rəsmi şəkildə anons edilib | Technote