
Qatlana bilən Xiaomi Mix Fold 3 yeni şarnir konstruksiyasına sahib olacaq
Xiaomi şirkəti 14 avqust tarixində baş tutacaq təqdimata kimi öz yeni qatlana bilən smartfonu Mix Fold 3-ə marağı artırmağa davam edir. Bu dəfə şirkət sözügedən qatlana bilən smartfonda reallaşdırılmış yeni şarnir konstruksiyasından danışıb. Şirkətin sözlərinə əsasən Mix Fold 3-ün şarnir mexanizmi 198 ədəd ayrı-ayrı hissədən və 14 ədəd hərəkətli birləşmədən təşkil edilib.
Bu cür yeni şarnir mexanizmi sayəsində Mix Fold 3 qatlanmış vəziyyətdə 12.5%, tam açıq vəziyyətdə isə 8.6% daha nazik olub. Bu səbəbdən də Mix Fold 3 hal hazırda bazarda olan qatlana bilən smartfonlar arasında ən naziklərdən biri statusunu əldə edə bilər. Bununla yanaşı şirkət smartfonun şarnir konstruksiyasında yüksək dözümlüyə sahib poladdan istifadə edib. Bu isə şarnir konstruksiyasının daha dözümlü olmasına səbəb olub. Məlumata əsasən bunun hesabına Mix Fold 3 smartfonu 500 000 dəfə açılıb-qatlanmaya tab gətirə bilir.
Paylaş
Bənzər xəbərlər