
Qatlana bilən Xiaomi Mix Fold 4 smartfonu barəsində yeni təfərrüatlar təqdim edilib
Cihazlar+
30.01.2024
Emil
Xiaomi şirkətinin bu il qatlana bilən Xiaomi Mix Fold 4 smartfonunu təqdim edəcəyi gözlənilir. GSMChina saytı öz növbəsində şirkətin bu yeni qatlana bilən smartfonu barəsində məlumatlar verib. Beləliklə məlumata əsasən Xiaomi Mix Fold 4 smartfonu şirkət daxilində Ruyi kod adına sahibdir. Məlumatda qeyd edilib ki, smartfon Snapdragon 8 Gen 3 prosessrou vasitəsilə çalışacaq və özündə Android 14 əsaslı HyperOS-i birləşdirəcək. Bununla yanaşı GSMChina bildirib ki, daha öncəki Xiaomi Mix Fold modellərindən fərqli olaraq Mix Fold 4 modeli Çin bazarı ilə yanaşı qlobal bazarda da satılacaq. Xiaomi Mix Fold 4-ün bu ilin ikinci yarısında təqdim olunacağı gözlənilir.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
