main-post-cover

    Qatlana bilən Xiaomi Mix Fold 4 smartfonu qlobal bazarda da satılacaq

    Cihazlar+
    04.07.2024
    Emil Nəcəfov
         Biz artıq dəfələrlə məlumat vermişik ki, Xiaomi şirkəti növbəti qatlana bilən smartfonu olacaq Mix Fold 4 üzərində çalışır və onu təqdim etməyə hazırlaşır. Xiaomi-nin daha öncəki qatlana bilən Mix Fold smartfonlarının hamısı eksklüziv olaraq yalnız Çin bazarında satılırdı. Lakin Xiaomi Mix Fold 4 halında vəziyyət daha fərqli olacaq. Belə ki, Ice Universe ləqəbli məşhur insayderin vermiş olduğu məlumata əsasən şirkətin bu yeni qatlana bilən smartfonu qlobal bazarda da satışa çıxacaq.
         Bununla yanaşı insayder əlavə edib ki, 12 iyul tarixində təqdim olunacaq digər bir qatlana bilən smartfon Honor Magic V3 kimi Xiaomi Mix Fold 4 də nazik gövdəni əldə edəcək. Məlumata əsasən onun gövdəsinin qalınlığı 9.x mm təşkil edəcək. Xiaomi Mix Fold 4-ün nə zaman təqdim olunacağı barəsində məlumat yoxdur. Lakin gözləntilərə əsasən bu smartfon Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışmalı, 50 MP-lik əsas arxa kameranı əldə etməli və özündə 5000 mAh enerji tutumlu batareyanı birləşdirməlidir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Xiaomi 15 Pro-nun əldə edəcəyi batareyanın həcmi açıqlanıb
    xiaomi-15-pro-nun-elde-edeceyi-batareyanin-hecmi-aciqlanib
    Qatlana bilən Xiaomi Mix Fold 4-ün keyfiyyətli render fotosu təqdim edilib
    qatlana-bilen-xiaomi-mix-fold-4-un-keyfiyyetli-render-fotosu-teqdim-edilib
    Redmi Note 14 Pro-nun sahib olacağı fərqli arxa panel dizaynı sərgilənib
    redmi-note-14-pro-nun-sahib-olacagi-ferqli-arxa-panel-dizayni-sergilenib
    Xiaomi 14T Pro smartfonu Camera FV-5 resursunda ortaya çıxıb
    xiaomi-14t-pro-smartfonu-camera-fv-5-resursunda-ortaya-cixib
    Xiaomi-nin elektrikli krossoverinin necə görünə biləcəyi sərgilənib
    xiaomi-nin-elektrikli-krossoverinin-nece-gorune-bileceyi-sergilenib