
Qatlana bilən Xiaomi Mix Fold 4-ün bəzi texniki imkanları açıqlanıb
Cihazlar+
12.03.2024
Emil
Xiaomi şirkəti bu il yeni qatlana bilən smartfonunu təqdim etməlidir. Söhbət, Xiaomi Mix Fold 4-dən gedir. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder sözügedən yeni qatlana bilən smartfon barəsində bəzi məlumatları təqdim edib. Onun sözlərinə əsasən şirkət hal-hazırda Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışan Mix Fold 4-ü test edir. Bununla yanaşı insayder bildirib ki, test olunan versiya özündə 16 GB RAM-ı və 1 TB daxili yaddaş həcmini birləşdirir. Gözləntilərə əsasən Mix Fold 4 smartfonu üstəlik 5000 mAh enerji tutumlu batareyanı əldə edəcək. İnsayder bildirib ki, Xiaomi-nin yeni qatlana bilən smartfonu 100 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyini də əldə edə bilər. Xiaomi Mix Fold 4-ün avqust ayında təqdim olunacağı gözlənilir.
Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
