Logo
    main-post-cover

    Qatlana bilən Xiaomi MIX Fold 4-ün təqdimatı anons edilib və xarici görünüşü sərgilənib

    Cihazlar+
    16.07.2024
    Emil
         Xiaomi şirkəti öz yeni qatlana bilən smartfonu olacaq MIX Fold 4-ün təqdimatını anons edib və təqdimatı gözləmədən bu yeni smartfonun xarici görünüşünü sərgiləyib. Beləliklə şirkətin rəsmi anonsuna əsasən qatlana bilən Xiaomi MIX Fold 4 smartfonu 19 iyul tarixində təqdim olunacaq. Təqdim edilmiş fotodan da görmək olar ki, Xiaomi MIX Fold 4 arxa paneldən düzbucaq formalı kamera sahəsini əldə edəcək və kamera sahəsinin daxilində 4 ədəd obyektiv ilə LED işıqlandırma yerləşəcək.
         Xiaomi-nin CEO-su Lei Jun-un sözlərinə əsasən Xiaomi MIX Fold 4-ün qatlanmış vəziyyətdə qalınlığı 9.47 mm təşkil edir. Smartfonun çəkisi isə 226 qramm-dır. Beləliklə Xiaomi MIX Fold 4 bazarın ən nazik qatlana bilən smartfonlarından biri olacaq. Qeyd etmək lazımdır ki, Xiaomi-nin bu yeni qatlana bilən smartfonu Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışmalı və özündə 5000 mAh enerji tutumlu batareyanı birləşdirməlidir.
    Paylaş