Logo
    main-post-cover

    Qatlana bilən yeni Honor Magic Vs ilə keçən ilki Magic V arasında hansı fərqlər olacaq?

    Cihazlar+
    15.11.2022
    Emil
        23 noyabr tarixində Honor şirkəti Honor 80 flaqman smartfon seriyasını və qatlana bilən yeni Magic Vs smartfonunu təqdim edəcək. Honor 80 ilə çox şey aydın olsa da, qatlana bilən Magic Vs modelinin keçən ilki Magic V-dən nə ilə fərqlənəcəyi tam aydın deyil. Honor şirkəti təqdimatdan öncə bu barədə məlumat vermir. Lakin Digital Chat Station ləqəbli məşhur insayder bəzi məlumatları təqdim edib. Beləliklə insayderin sözlərinə əsasən Magic V-dən fərqli olaraq Magic Vs modeli Snapdragon 8+ Gen 1 prosessoru ilə təchiz olunacaq.
        Çox güman ki, Snapdragon 8 Gen 2 prosessoru gələn ilki Magic V2 modelində istifadə ediləcək. Bununla yanaşı yeni qatlana bilən smartfon iki ədəd batareyanı özündə birləşdirəcək. Onlardan biri 2030 mAh, digəri isə 2870 mAh təşkil edəcək. Qeyd etmək lazımdır ki, keçən ilki Magic V modeli 4750 mAh enerji tutumlu batareya ilə təchiz olunur. Bununla yanaşı Magic Vs smartfonu tamamilə yeni şarnir konstruksiyasına sahib olacaq. İnsayder həmçinin qeyd edib ki, 23 noyabr tarixində təqdim ediləcək Magic Vs modelinin Premium versiyası da olacaq. Lakin insayder Premium versiya barəsində heç bir məlumat verməyib.
    Paylaş
    Bənzər xəbərlər