Logo
    main-post-cover

    Qatlana bilən yeni Huawei Mate X smartfonu barəsində məlumatlar verilib

    Cihazlar+
    24.02.2023
    Emil
        Digital Chat Station ləqəbli məşhur insayder Huawei şirkətinin yeni qatlana bilən smartfonu olacaq Mate X3 barəsində yeni məlumatları təqdim edib. İnsayder qatlana bilən smartfonun hansı prosessor vasitəsilə çalışacağını, hansı kameralara sahib olacağını və hansı batareya həcmi ilə təchiz olunacağını açıqlayıb. Beləliklə verilmiş məlumata əsasən Mate X3 modeli Galaxy Fold tərzində reallaşdırılacaq. Smartfonun daxili ekranı 2K keyfiyyətində olacaq və ola bilsin ki, ön kamera ekranın alt hissəsində yerləşəcək. Xarici ekran isə ikili ön kamera üçün nəzərdə tutulmuş çıxıntı hissəyə sahib olacaq. İnsayderin sözlərinə əsasən o, Mate X3-ün Snapdragon 8+ Gen 1 prosessoruna və üçlü arxa kameraya sahib versiyasını test edib. Test edilmiş versiyada 50 MP + 13 MP + 16 MP üçlü arxa kamera olub. Bundan əlavə olaraq insayder qeyd edib ki, smartfon 66 vatt gücündə sürətli şarj texnologiyalı 4800 mAh enerji tutumlu batareya ilə təchiz olunub.
    Paylaş
    Bənzər xəbərlər