Logo
    main-post-cover

    Qatlanan telefon yarışında yeni mərhələ!

    Cihazlar+
    22.12.2025
    Sevinc
        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Samsung, Apple-ın uzun müddətdir gözlənilən qatlanan iPhone modelini təqdim etməsindən əvvəl bazarda mövqe tutmağa hazırlaşır. Cənubi Koreyanın ET News nəşrinin məlumatına görə, Samsung 2026-cı ildə “Wide Fold” adlanan yeni qatlanan smartfonunu təqdim etməyi planlaşdırır.
    Samsung wide Fold rumor : r/GalaxyFold
        Məlumata əsasən, “Wide Fold” modeli qatlandıqda 5,4 düym, açıldıqda isə 7,6 düym ölçülü OLED ekrana sahib olacaq. Qurğunun əsas fərqləndirici xüsusiyyəti isə açıq vəziyyətdə 4:3 ekran nisbətinə malik olmasıdır. Bu format daha çox “passport” tipli dizayna uyğun gəlir. Bu məlumatlar ötən həftə The Information tərəfindən yayılan hesabatla da üst-üstə düşür. Həmin xəbərə görə, Apple-ın ilk qatlanan iPhone-u 5,3 düymlük xarici, 7,7 düymlük daxili ekranla təchiz ediləcək və ən böyük iPad modellərinə bənzər 4:3 nisbətinə sahib olacaq. Bloomberg-dən Mark Gurman isə daha əvvəl bildirmişdi ki, bu cihaz dizayn baxımından iki iPhone Air-in birləşmiş formasını xatırladacaq.
        Həm Samsung-un “Wide Fold” modelinin, həm də Apple-ın qatlanan iPhone-unun 2026-cı ilin payızında təqdim ediləcəyi gözlənilir. Qeyd edək ki, 4:3 format mətn oxuma və yaradıcılıq işləri üçün ideal olsa da, video izləyərkən ekranın yuxarı və aşağı hissəsində qara zolaqların yaranmasına səbəb olur. Bu problem hazırda Samsung-un Z Fold seriyasında da hiss olunur.
    Paylaş